!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Beşiktaş” 4 futbolçusunu birdən itirdi

!Reklam – Yazi

“Beşiktaş” futbol klubu dörd oyunçusu ilə yollarını ayırmalı olub.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Oğuzhan Özyakup, Anderson Taliska, Atınç Nukan və Atiba Hatçinsonun klubla imzaladıqları müqavilələrin müddəti sona çatıb. Bu gecədən etibarən heç bir komanda ilə razılaşmayan Oğuzhan və Atiba işsiz qalıb. Taliska “Benfika”ya, Atınç isə “Laypsiq”ə geri qayıdıb.

Oğuzhan və Atibanın yenidən “Beşiktaş”la razılaşacağı ehtimal olunur.

Qeyd edək ki, ulduz futbolçu Taliskanı alıb, Avropa və Çin klublarından birinə satmaq fikrində olan “Beşiktaş” 21 milyon avroluq risk götürmək istəməyib. Buna görə də, Taliska keçmiş komandasına qayıtmağa məcbur olub.

COP29

www.yenicag.az

2159
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv