!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Beşiktaş"ın "Porto" zəfəri

!Reklam – Yazi

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun növbəti oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, ikinci oyun günündə E, F, G və H qruplarındakı komandalar mübarizəyə start veriblər.

Azərbaycanlı futbolsevərlərin əsas diqqəti Türkiyənin ÇL-dəki yeganə təmsilçisi “Beşiktaş”ın Portuqaliyada “Portu” ilə səfər oyununa yönəlib. Dörd qolun vurulduğu oyunda “qara qartallar” sevinən tərəf olublar. Bu qrupun digər oyununda isə “Leypsiq”lə “Monako” heç-heçəyə razılaşıb.

“Liverpul”la “Sevilya”nın, eləcə də “Tottenhem”lə Dortmund “Borussiya”sı arasındakı görüşlər də böyük maraq doğururdu. Hər iki oyunda qapılara 4 qol vurulub. Lakin “Liverpul” ispanlarla heç-heçəyə razılaşdığı halda, “Tottenhem” inamlı qələbəyə sevinib.

Madrid “Real”ı doğma meydanda APOEL-i, “Mançester Siti” isə səfərdə “Feyenoord”u darmadağın edib.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi

13 sentyabr

E qrupu

“Maribor” (Sloveniya) – “Spartak” (Rusiya) 1:1
Qol: Bohar, 85 – Səmədov, 60.

“Liverpul” (İngiltərə) – “Sevilya” (İspaniya) 2:2
Qol: Firmino, 21. Salah, 37 – Yedder, 5. Korrea, 72.

F qrupu

“Feyenoord” (Hollandiya) – “Mançester Siti” (İngiltərə) 0:4
Qol: Stounz, 2; 63. Aquero, 10. Xesus, 25.

“Şaxtyor” (Ukrayna) – “Napoli” (İtaliya) 2:1
Qol: Tayson, 16. Ferreyra, 58 – Milik, 71-pen.

G qrupu

“Leypsiq” (Almaniya) – “Monako” (Fransa) 1:1
Qol: Forsberq, 33 – Tilemans, 35.

“Portu” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə) 1:3
Qol: Mareqa, 21 – Taliska, 13. Tosun, 28. Babel, 86.

H qrupu

“Real” (İspaniya) – APOEL (Kipr) 3:0
Qol: Ronaldo, 12; 50-pen. Ramos, 61.

“Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) 3:1
Qol: Son, 4. Keyn, 15; 60 – Yarmolenko, 11.

www.yenicag.az

3726
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv