Bəstəkar Pərviz Mahmudov ilə müğənni Günay İbrahimli və onun çəkildiyi reklam şirkəti arasında qalmaqal yaranıb.
Yenicag.az xəbər verir ki, bu barədə Pərviz özü “Gül kimi şou” verilişində danışıb.
O yaxın günlərdə qarşı tərəfi məhkəməyə verəcəyini bəyan edib. Buna Günayın musiqisi Pərvizə aid olan “Dəlisiyəm gecənin” adlı mahnısını oxuması və bunun müqabilində müəllifə pul ödəməməsi səbəb olub:
“Mənim mahnılarım bir çox müğənnilərə uğur gətirib O mahnılarla pullar qazanırlar. Sən əgər o mahnıdan pul qazanırsansa, bəstəkar da qazanmalıdır.
Düşünürlər ki, beş-on manat qabağa düşürlər, amma elə deyil. Mən normal şəkildə onlara müraciət etdim ki, razılığa gələk, gəlmədilər. İşi məhkəmə həll edəcək.
Buradan da dostlarıma səslənib deyirəm ki, gəlin, əməyə qiymət verək, bir-birimizə sayğı göstərək”.
Nehru
www.yenicag.az