!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəxtiqara Hacıməlik yolu... - O yolu gedən maşınlar mütləq təmirə aparılır - FOTOLAR

!Reklam – Yazi

Göygöl rayon Hacıməlik şəhər tipli qəsəbəsinin sakinləri yolsuzluqdan şikayətçidirlər.

Hacıməlik Göygöl rayonunun tərkibində yaradılan şəhərtipli qəsəbədir. Qəsəbə daha çox Gəncə şəhərinə yaxındır. Qəsəbəni Gəncə şəhərinə 2 km yol birləşdirir. Ancaq həmin yol nə zaman salınıb, nə zaman təmir olunub, qəsəbənin ən yaşlı sakinləri belə bunu unudub. Hər seçki ərəfəsində yolu təmir etmək yerinə buldozerlə hamarlayır, 1 həftə sonra isə yollar əvvəlki gününə dönür. Torpaq yolun düz qalması yağışın yağmasına qədərdir.Yenicag.az xəbər verir ki, Hacıməlik sakinləri Gəncəyə gedən əsas şosseyə (ora qədər yol 2 kilometrdir – red) çıxmaq üçün asfalt yolla dolanaraq, 30-32 km məsafəni qət edirlər.

Qəsəbə sakinlərinin sözlərinə görə, 2 km yol elə bir gündədir ki, o yolla gedib qayıtdıqdan sonra maşını mütləq təmirə aparmaq lazımdır. Yolda elə çalalar var ki, girib içərisində gizlənmək olar.

Hacıməlik sakinləri bildirir ki, şikayətlərə baxan yoxdur. Artıq qəsəbə sakinləri şikayət etməkdən də beziblər. İcra hakimiyyəti sakinlərə bildirir ki, bu yolun təmiri planda yoxdur. 3 min nəfər əhalisi olan bir yolun planda olmaması çox maraqlıdır. Hacıməlik qəsəbəsində iki marşrut, 70-80 taksi fəaliyyət göstərir. Bunun üzərinə şəxsi maşınları da gəldikdə həmin yolla gediş-gəlişin nə qədər çox və əhəmiyyətli olduğunu görmək mümkündür. Sakinlərin şikayətinə verilən cavablardan biri də qəsəbəni İpək yoluna birləşdirən yolun olmasıdır. Ancaq həmin istiqamət gediləcək məsafəni 30-32 km artırır.

Hacıməlik qəsəbəsinin problemləri bununla bitmir. Şəhərtipli qəsəbənin yol işıqlanması yoxdur. Qəsəbə su üzünə də həsrətdir. Yaxın zamanlarda 2 artezian vurulub. 1 artezian 400 evə baxır. Artezian yananda qəsəbə sakinləri günlərlə, aylarla su üzünə həsrət qalırlar.

Şikayətçilərin sözlərinə görə, onlar öz vəsaitləri hesabına yola çınqıl tökürlər, amma o da bir müddət çəkir.

Yenicag.az Hacıməlik qəsəbəsini Gəncə şəhərinə birləşdirən yolun fotolarını təqdim edir:

Səxavət Məmməd

COP29

www.yenicag.az

2718
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv