Bəxtiyar Hacıyevdən 5 aprel mitinqinə münasibət

media-hightechnic-468x90

Bextiyar-Haciyev-cemiyyetde 5 aprel tarixində Milli Şuranın İnşaatçılar metrosunun yaxınlığında “Məhsul” stadionunda mitinqi nəzərdə tutulur.

“Müsbət Dəyişikliklər” Gənclər Hərəkatının həmtəsisçisi Bəxtiyar Hacıyev bu mitinqə belə münasibət bildirdi:

“Hər bir siyasi partiyanın, siyasi birliyin tam hüququdur ki, bu və ya digər məsələ ilə bağlı etiraz aksiyası keçirsin, o cümlədən qiymət artımı, manatın devalvasiyası ilə bağlı öz tərəfdarlarını bir yerə toplayaraq, buna etirazı təşkil etsin. 5 aprel mitinqinin keçirilməsi bu baxımdan tam normaldır. O da normaldır ki, Bakı Şəhər İcra Hakimiyyəti bu dəfə də 5 aprel mitinqinin keçirilməsi ilə bağlı razılıq verib. Milli Şuranın 5 aprel mitinqi ilə bağlı məlumatlarda qeyd edilir ki, sosial şəbəkələr vasitəsi ilə 100 000 nəfərdən artıq vətəndaşa dəvət göndərilib. Mitinqin nə qədər kütləvi keçəcəyini isə 5 aprel günü görəcəyik.”

Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600