!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalıdır" - Ombudsman

!Reklam – Yazi

Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış minalar mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqda davam edir. Belə ki, oktyabrın 14-də Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində bir nəfər mülki şəxs piyada əleyhinə minaya düşərək yaralanıb. Qeyd etmək istərdik ki, İkinci Qarabağ müharibəsindən bu günədək 380-dən çox şəxs mina qurbanı olub və bu acı statistika davam etməkdədir.

Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Qazaxın Quşçu Ayrım kəndi ərazisində baş vermiş mina partlayışı ilə bağlı açıqlamasında söyləyib.

“Ermənistan tərəfindən ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim edilməməsi insanların yaşamaq və sağlamlıq hüququnu kobud şəkildə pozmaqla yanaşı, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışına, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına, eləcə də bölgədə həyata keçirilən bərpa-quruculuq işlərinə ciddi maneə yaradır. Bununla yanaşı, həmin minaların partlaması suyun və havanın çirklənməsi, torpaqların strukturunun pozulması, ümumilikdə, ekoloji böhranın yaranması ilə də nəticələnir.

Beynəlxalq ictimaiyyət dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi istiqamətində Ermənistana ciddi təsir göstərməli, bu ölkənin mina terroruna səssiz qalmamalı, törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına sərt reaksiya verməlidir”, – o bildirib.

Qeyd edək ki, Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində 2024-cü il oktyabrın 14-də mina hadisəsi baş verib. Hadisə zamanı kənd sakini 2001-ci il təvəllüdlü Sarıyev İlkin Amil oğlu heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

COP29

www.yenicag.az

164
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv