Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Azərbaycana gəldi

media-hightechnic-468x90

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Bakıya gəlib.

Yenicag.az-ın məlumatına görə, qurum başçısının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.

BOK rəhbərliyi Bakıda keçirilən taekvonda üzrə dünya çempionatını izləyəcək. Qonaqlar mundialın altıncı gününün bəzi döyüşlərinə “Kristal Zal”da baxacaq

Bax səfər çərçivəsində bir sıra görüşlərdə iştirak edəcək. Onun Milli Olimpiya Komitəsi və Azərbaycan Teekvondo Federasiyasının rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Bakıdakı dünya çempionatı Dünya Taekvondosunun 50 illik yubileyinə təsadüf edib.

media-ziraat-728x90

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Azərbaycana gəldi

media-hightechnic-468x90

92887Beynəlxalq Olimpiya Komitəsinin prezidenti (BOK) Tomas Bax Azərbaycana gəlib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, BOK prezidenti Bakıya həyat yoldaşı Klaudia ilə birlikdə gəlib.

Beynəlxalq Olimpiya Komitəsinin prezidentini və xanımını Beynəlxalq Hava Limanında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Bakı 2015 Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin nümayəndələri qarşılayıb.

Tomas Bax Bakı Olimpiya Stadionunda keçiriləcək I Avropa Oyunlarının Açılış Mərasimində iştirak etmək üçün Azərbaycana gəlib.

Xatırladaq ki, Bakı 2015 I Avropa Oyunları 12-28 iyun tarixlərində keçiriləcək. Yarışlarda 50 Avropa ölkəsindən 6 mindən çox idmançı mübarizə aparacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600