Cari ilin oktyabr ayında sentyabr ayına nisbətən qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, mebel və ev əşyalarının, soyuducuların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, divar kağızlarının, kərpicin, kəsilmiş taxtanın, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, televizorların, kondisionerlərin, mobil telefonların, sementin, parketin, boyaların qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Yenicag.az-ın məlumatına görə, ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmiri, təmizlənməsi və kirayəsi, məişət cihazlarının, avtomobillərin təmiri, restoran və kafelər tərəfindən göstərilən xidmətlərin, bərbərxana və kosmetik xidmətlərin qiymətləri bahalaşıb, mənzillərin icarə haqqı, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Qeyd edək ki, yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri isə 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,2 faiz bahalaşıb.
Lakin ay ərzində düyünün, unun, manna və qarabaşaq yarmasının, mal və qoyun ətinin, təzə balığın, hisə verilmiş kolbasanın, pasterizə olunmamış üzlü südün, pendirin, yoqurtun, yumurtanın, süfrə marqarininin, portağalın, bananın, üzümün, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, soğanın, sarımsağın, kartofun, meyvə şirəsinin qiymətlərində bahalaşma, makaron məmulatlarının, suda bişmiş kolbasanın, sterilizə olunmuş üzlü südün, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, xamanın, kərə, zeytun, günəbaxan və qarğıdalı yağlarının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, kivinin, xurmanın, şabalıdın, kələmin, yerkökünün, çuğundurun, göy lobyanın, balqabağın, mərcinin, şəkərin, qəhvə, çay və kakaonun, arağın, pivənin qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
www.yenicag.az