!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beynəlxalq Simpozium iştirakçıları Şəhidlər və Fəxri Xiyabanı ziyarət etdi - FOTOLAR

!Reklam – Yazi

“Yeni Çağ” Media Qrupu, Azərbaycan -Türkiyə Evi və Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi tərəfindən Bakıda təşkil olunan “Regionun gələcəyi: Geopolitik çağırışlar və perspektivlər” adlı Beynəlxalq Simpoziumun əcnəbi qonaqları Şəhidlər və Fəxri Xiyabanda olublar.

Rusiyanın tanınmış analitiki Orxan Camal, Türkiyənin Ülke TV-nin rəhbəri Həsən Öztürk, Batuminin sabiq meri, Qafqaz Strateji Araşdırmalar İnstitutunun siyasi məsləhətçisi Qela Vasadze, rusiyalı tədqiqatçı-türkoloq İvan Starodubtsev, Anadolu Yayıncılar Dərnəyi başqanı, TRT-nin “Anadolu soruşur” proqramının rəhbəri Sinan Burhan və digər nüfuzlu qonaqlarin iştirak etdiyi ziyarətdə qonaqlara Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizlə bağlı ətraflı məlumat verilib.

Qarabağ savaşında da şəhid olanlarımızın məzarını ziyarət edən Simpozium iştirakçıları Ermənistanın faşizm siyasətini pisləyiblər.

Şəhidlər Xiyabanındakı Türk şəhidliyini də ziyarət edən qonaqlara Azərbaycanın azadlıq yolunun tarixi barədə geniş məlumat verilib.

Təşkilatçıların təşəbbüsü ilə qonaqlar daha sonra Fəxri Xiyabana yollanıblar. Azərbaycanın mərhum prezidenti, Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edən qonaqlar, zamanında onun regionda Azərbaycanın inkişafı üçün böyük işlər gördüyündən söz açıblar.

Qonaqları “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər və Azərbaycan -Türkiyə Evinin icraçı direktoru Toğrul Allahverdili müşayiət edib.

Bununla da “Regionun gələcəyi: geopolitik çağırışlar və perspektivlər” adlı Beynəlxalq Simpoziuma Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan və Şimali Kiprdən gələn qonaqların səfəri başa çatıb.

 

COP29

www.yenicag.az

5768
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv