Bəzi ərazilərdə qaz olmayacaq

media-hightechnic-468x90

“Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Səngəçal” yüksəktəzyiqli magistral qaz kəmərinin 3-cü km-də, “Semzavod” və “Sənqəçal” QPS-lərdə, “Gips Zavodu” ölçü qovşağında yaranmış qaz sızmalarınin ləğvi məqsədilə 18.12.2024-cü il saat 09:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Yenicag.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Bununla əlaqədar, Qaradağ rayonunun Bağlar və Yeni Evlər massivlərinin, Sahil, Umbakı, Əzimkənd və Səngəçal qəsəbələrinin, Yol evləri, Bağ evləri adlanan yasayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin Nəsimi rayonu, Moskva prospektində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 18.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600