!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəzi şəxslər niyə siyahıyaalınmadan kənarda qaldı? - AÇIQLAMA

!Reklam – Yazi

Dövlət Statistika Komitəsi əhalinin siyahıyaalınması zamanı bəzi şəxslərin bu prosesdən kənarda qalmasının səbəbini və bununla əlaqədar görüləcək tədbirləri açıqlayıb.

Yenicag.az xəbər verir ki, Dövlət Statistika Komitəsində (DSK) Siyahıyaalma qrupunun rəhbəri Azad Abbasəliyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, ölkənin bütün rayon və şəhərlərində yaradılmış əhalinin siyahıyaalınmasına yardım komissiyalarından daxil olmuş məlumatlara görə ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatıb.

Onun sözlərinə görə, dünya təcrübəsində rast gəlindiyi kimi, ölkəmizdə də bir sıra hallarda siyahıyaalmanı bilavasitə həyata keçirən sayıcılar vətəndaşların ünvanlarına getsə də, ev təsərrüfatının başçısı və ya üzvləri ilə görüşə bilməyiblər: “Belə olan halda siyahıyaalmanın aparılması qaydalarına uyğun olaraq sayıcılar tərəfindən həmin şəxslər üçün “Evdə çətin tapılan şəxslərə məktub” adlı sənəd tərtib edilərək ev təsərrüfatının yaşadığı ünvan üzrə giriş qapısına bərkidilib və sorğunun keçirilməsi üçün münasib vaxtın təyin edilməsi, sayıcı ilə əlaqə saxlanılıb bu barədə məlumat verilməsi xahiş edilib. Lakin həmin bildirişlərin müəyyən yerlərdə qopardılaraq atılması hallarına da rast gəlinib”.

A.Abbasəliyev əlavə edib ki, məlumatların keyfiyyətini təmin etmək üçün siyahiyaalınmadan sonrakı dövrdə, yəni 11-15 oktyabr tarixlərində təlimatçı-nəzarətçi və sayıcılar tərəfindən nəzarət gəzişləri həyata keçirilib, seçmə qaydada sayıcının işinin keyfiyyətinin yoxlanılması ilə yanaşı evdə tapılmayan şəxslərin ünvanlarına bir daha baş çəkilib. Eyni zamanda, müxtəlif səbəblərdən siyahıya alınmayan şəxslərin Dövlət Statistika Komitəsində yaradılmış “Qaynar xətt mərkəzi”nə müraciəti əsasında onların siyahıyaalınması təmin edilir.

DSK rəsmisi qeyd edib ki, siyahıyaalmanın keyfiyyətinin yoxlanılması zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması, eyni zamanda siyahıyaalma dövründə müxtəlif səbəblərdən siyahıyaalmadan kənarda qalmış şəxslərin də siyahıyaalmaya cəlb edilməsi məqsədilə bütün yerli statistika orqanlarında operativ qruplar yaradılıb. Həmin qruplar tərəfindən bu ilin sonunadək hər bir müraciət üzrə müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Cari ilin sonunadək ölkənin bütün rayon və şəhərlərində təlimatçı-nəzarətçilər tərəfindən sayıcılardan siyahıyaalma sənədlərinin qəbul edilməsi, onların yoxlanılması, siyahıyaalma məntəqələrinin müdirlərinə təhvil verilməsi, daha sonra isə həmin materialların Dövlət Statistika Komitəsinin Siyahıyaalma qrupuna təqdim edilməsi prosesi həyata keçiriləcək. Yuxarıda qeyd olunan proseslər tam başa çatdıqdan sonra – 2020-ci ilin yanvar ayından etibarən həmin məlumatların Dövlət Statistika Komitəsində xüsusi yaradılmış elektron informasiya sisteminə daxil edilməsinə başlanılacaq.

COP29

www.yenicag.az

1655
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv