Bəzi yaşayış məntəqələrində qaz olmayacaq
Bu gün Səbail rayonunun Bayıl qəsəbəsi və 20-ci sahədə təbii qaz təchizatında məhdudiyyət olacaq.
ARDNŞ-in “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, diametri 325 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin avtomobil keçidi hissəsində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar bu gün işlər başa çatanadək Səbail rayonunun 20-ci sahə və Bayıl qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.