!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Bəziləri kimi rola girib, yalan danışmağı xoşlamıram” - Fotolar

!Reklam – Yazi

Aparıcı Mələk Heydərova imicində dəyişiklik edib.

Tünd rəngli saçlarını sarıya boyayan aparıcı xanım sadəcə dəyişiklik üçün belə etdiyini vurğulayıb. Bahalı salonlara gedib, külli miqdarda pul xərcləyən məşhurlara rişxənd edən Mələk Heydərova açıqlamasında bildirib:

“Düşündüm ki, yaya çox az qalıb, deməli imicimdə dəyişiklik etmək lazımdır. Həm biz efir adamlarıyıq, nə qədər maraqlı və dəyişik görünsək tamaşaçıya bir o qədər xoş olur. Göz yorucu olmaq lazım deyil, hətta deyərdim ki, tamaşaçının gözünü “mazol” etmək olmaz. Salonlara külli miqdarda pul xərcləyib, israfçılıq etmərəm. Hər şey miqdarında, dəyərində olanda gözəl olur. Amma bir də görürsən reklama gedib salonlarda bəzənib, sonra deyirlər ki, filan proseduru 1000 manata etmişəm. Bu gülüncdü. Mən də aparıcıyam, simam tanınmışdı, efir adamıyam. Reklama bəzənirəm də, düzənirəm də … Yeri gələndə ödənişli də nə lazımsa salonlarda onu etdirirəm. Amma hər zaman bunu düzgün deyirəm, bəziləri kimi rola girib, yalan danışmağı xoşlamıram”.

Yenicag.az

 

COP29

www.yenicag.az

1351
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv