BFB-də daxili biznes proseslərin avtomatlaşdırılmasına start verilib

“Bakı Fond Birjası” QSC-nin fəaliyyətində risklərin idarə olunması, daxili nəzarət sisteminin təkmilləşdirilməsi məqsədi ilə BFB daxilində olan biznes proseslərin avtomatlaşdırılması və elektron sənəd dövriyyəsinin təşkilinə başlanılıb.

Yeniçağ.Az Trend-ə istinadən xəbər verir ki, mərhələli şəkildə tətbiqi nəzərdə tutulmuş avtomatlaşdırma şirkət daxili layihələrin idarə edilməsi, elektron sənəd dövriyyəsinin təşkili, hesabatlılıq, daxili resursların və biznes proseslərin effektiv idarə edilməsi, daxili nəzarət sahələrini əhatə edəcək.

Yeniçağ.Az