Biləsuvarda “Mercedes” aşdı - Xəsarət alanlar var

media-hightechnic-468x90

Biləsuvar rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Çaylı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəzada Cəlilabad rayonunun Uzuntəpə kənd sakinləri 1963-ci il təvəllüdlü Abbasov Elalim Əhəd oğlu, 1980-cı il təvəllüdlü Əliyev Azad Vaqif oğlu və 1972-ci il təvəllüdlü Abbasov Zeynal Əhəd oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05