Biləsuvarda qəza oldu, yaralananlar var

media-hightechnic-468x90

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Biləsuvar şəhərində, Melioratorlar qəsəbəsinin yaxınlığında baş verib.

Yenicag.az xəbər verir ki, Vəliyev Mirəli Abasət oğlunun idarə etdiyi “Hundai Santa Fe” və Vəliyev Alim Rzaxan oğlunun “Vaz 2109” markalı minik avtomobilləri toqquşub.

Qəzada “Vaz 2109” markalı minik avtomobilin sürücüsü və digər avtomobilin sərnişini olan Tahirova Şəfəq Gülağa qızı müxtəlif dərəcəli xəsarət alıblar. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./Azertag/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600