Bill Qeyts gələcəyin peşələrini açıqlayıb.
Yeniçağ.Az “Ölkə.Az”-a istinadən xəbər verir ki, “Microsoft”un qurucusu məşhur iş adamı Bill Qeyts gələcəyin iş dünyasında ən çox tələb olunacaq 3 fəaliyyət sahəsi barədə danışıb.
Bill gələcəkdə karyera qurmağı düşünənlər üçün ən vacib sahələrin dəqiq elmlər, riyaziyyat və iqtisadiyyat olacağını düşündüyünü bildirib. İş adamı deyib: “Mütləq kod yazmaq lazım deyil. Amma mühəndislərin nə edə bildiklərini və etməyəcəklərini anlamaq lazımdır”. Qeytsin fikrinə görə, bu sahələrdə səlahiyyətli olan şəxslər gələcəkdə bütün qurumlar üçün vacib personaya çevriləcəklər.
Təmiz enerji axtarışları
Bill Qeyts bu yaxınlarda təmiz enerji istehsalının yeni üsullarına sərmayə qoymaq və iqlim dəyişikliyinə qarşı mübarizə aparmağı hədəfləyən 1 milyard dollar büdcəsi olan fondun rəhbəri olacağını açıqlayıb. Fondu idarə edən qurumun üzvləri arasında yüz milyardlarla büdcəsi olan “Amazon” şirkətinin rəhbəri Ceff Bezos, “Alibaba” şirkətinin sahibi Cek Ma kimi məşhurlar var. Qeyts Donald Trampın prezident seçilməsini xoş qarşılayıb. Onun fikrinə görə, ABŞ-da yeni bir dövr başlayır. O, səhiyyə, təhsil və enerji məsələsində sərmayələrin iki dəfə artacağına ümid etdiyini bildirib.
Yeniçağ.Az
www.yenicag.az