Binəli Yıldırım: “Atatürk də İstiqlal Savaşına Amasyadan başlamışdı...”

media-hightechnic-468x90

Türkiyənin baş naziri Binəli Yıldırım hakim AKP-nin Amasyada təşkil olunan referendum mitinqində çıxış edib.

media-banner_tuq

Yeniçağ.Az xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırım AKP-nin Anadoludakı ilk referendum mitinqinin Amasyada keçirilməsinin rəmzi səbəbi olduğunu deyib. Baş nazirin sözlərinə görə, Mustafa Kamal Atatürk də İstiqlal Savaşına məhz Amasyadan başlamışdı:

“Qazi Mustafa Kamal Atatürk 1919-cu ildə İstiqlal Savaşı üçün Samsuna keçməzdən əvvəl bütün dünyaya Amasya Bəyannaməsini göndərdi. Türkiyənin modern quruculuğu, Cümhuriyyət üsul-idarəsi məhz həmin Bəyannamadə öz əksini tapdı. O baxımdan, Cümhuriyyətin ilk təməli Amasyada qoyuldu. Biz də bundan çıxış edərək, yeni dönəmdə elan etdiyimiz hədəflərə çatmaq üçün yola Amasyadan çıxırıq”.

Yeniçağ.Az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05