!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Binəqədi İcra Hakimiyyəti qarlı havada 34 ailəni qaz və işıqsız qoydu — FOTOLAR/VİDEO

!Reklam – Yazi

Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsi,  41 A saylı binanın sakinləri rayon İcra Hakimiyyətinin təhdidləri ilə üz-üzədir.

Yenicag.az-ın veteninfo.az-a istinadən məlumatına görə, bir aya yaxındır ki, Binəqədi rayonu İcra Hakimiyyətinin göstərişi ilə 34 ailənin yaşadığı bu binaya nə su, nə qaz, nə də elektrik enerjisi verilmir.

Səbəb olduqca ilgincdir. Bina sakinlərinin verdiyi məlumata görə 34 ailənin yaşadığı bina İcra Hakimiyyəti tərəfindən qəzalı bina kimi qeydiyyata salınıb. İcra Hakimiyyəti sakinlərin binanı tərk etməsini tələb edir. Məhkəmə qərarı olmadan Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin göstərişi ilə binada bütün komunal xidmətlər dayandırılıb.

Ən gülməlisi odur ki, Binəqədi rayon İcra Hakimiyyəti çıxarışlı mənzillərə cəmi 32 min AZN məbləğ təklif edir. Binadan çıxmaq istəməyən sakinlər artıq 25 gündür ki, qaranlıq və soyuq otaqları tərk etmirlər. Hazırda Bakıda havanın olduqca soyuq olması belə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin yumşaltmayıb.

Bina sakinlərinin təqdim etdiyi videonu sizə təqdim edirik:

www.yenicag.az

83
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv