Binəqədidə silahlı insident baş verib

media-hightechnic-468x90

7172aceb99e6665b85d6807f86ae5c05Bakıda silahlı insident baş verib.

Binəqədi Rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə Dərnəgül qəsəbəsində, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.

Ağdam rayonundan məcburi köçkün düşən 1973-cü il təvəllüdlü Hicran İbrahim oğlu Səfərov aralarında yaranan münaqişə zəminində özünə məxsus ov tüfəngi ilə həmyerlisi 1958-ci il təvəllüdlü Rövşən Savalan oğlu Əliyevə və onun oğlu 1998-ci il təvəllüdlü Ayxan Savalanlıya atəş açıb.

Silahlı insident zamanı xəsarət alan ata və oğlu müxtəlif bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törədən H. Səfərov tutulub.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa