!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bir qolla Azərbaycanı ayağa qaldıran adam - Xüsusi VİDEO

!Reklam – Yazi

“Qarabağ”ın futbolçusu Dino Ndlovunun Çinin “Xançjou Qrintaun” klubuna transfer olunması ağdamlı azarkeşləri məyus etdi desək, yanılmarıq.

Yenicag.az xəbər verir ki, “atlılar”a 2016-cı ilin yayında gələn afrikalı forvard qısa müddət ərzində fanatların sevimlisinə çevrilməyi bacardı. Onun Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Kopenhagen”ə vurduğu qol isə uzun müddət yaddaşlardan silinməyəcək. Təcrübəli hücumçunun Danimarkada vurduğu qol milyonlarla azərbaycanlıya xoşbəxtlik bəxş etdi, 24 avqust gecəsində Bakı küçələrində azarkeş izdihamına səbəb oldu.

Bu, həm də Azərbaycan klubunu ilk dəfə qitənin birnömrəli yarışının qrup mərhələsinə daşıyan qol idi… Ndlovu getdi, geriyə isə buraxdığı xoş xatirələr qaldı…

Ndlovu üçün hazırladığımız xüsusi videonu təqdim edirik:

EMİN SƏFƏROV

www.yenicag.az

2606
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv