Televiziya verilişlərində iştiraka razılıq verən şou-biznes təmsilçilərinin nə qədər qazandıqları məlum olub.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, tanınmış aktyor Aleksey Panin məşhurların tok-şoulara çıxmaq üçün tələb etdikləri qonorarın məbləğini açıqlayıb.
Aktyorun sözlərinə görə, cəmi bir verilişdə iştiraka görə qonorarın məbləği tanınmış şəxsin populyarlıq dərəcəsi ilə ölçülür. Yəni həmin şəxs nə qədər məşhurdursa, ödəniş də çox olur.
Panin özü son verilişdə iştiraka görə 400 min rubl aldığını deyib. Məşhur aparıcı Dana Borisovanın da bir verilişdə iştirakı telekanallara 400 min rubla başa gəlir.
Ancaq bu, son hədd deyil. Məsələn, aktyor Nikita Ciqurda və idmançı Marina Anisina bir verilişə çıxmaq üçün 500 min rubl tələb edirlər.
Maraqlıdır ki, məşhurların özləri ilə yanaşı, onların xidməti personalı da telekanallardan pul “qıra” bilirlər. Panin bildirib ki, balerina Anasyasiya Voloçkovanın sürücüsü bir verilişdə iştiraka görə 50-70 min rubl alır.
www.yenicag.az