Birinci kurs tələbəsi intihar etdi

media-hightechnic-468x90

Birinci kurs tələbəsi dərs zamanı odlu silahdan atəş açıb.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə Rusiyanın Novosibirsk əyalətində baş verib. Belə ki, o, öncə tələbə yoldaşına atəş açıb daha sonra özünü güllələyib. Hadisə zamanı xəsarət alan daha iki tələbə pəncərədən atlayaraq qaçıblar.

Yaralı tələbələr xəstəxanaya yerləşdirilib. Hadisəni törədən 17 yaşlı digər tələbə isə ölüb.

Faktla bağlı araşdırma başlanıb.

 

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa