!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Birinci xanım Trampla danışmamaq üçün hansı yola əl atdı?

!Reklam – Yazi

Yaponiyanın Baş naziri Şinzo Abenin həyat yoldaşı Akiya Abe ABŞ prezidenti Donald Tramp ilə danışmamaq üçün ingilis dilini bilmirmiş kimi davranıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Trampın New-York Times qəzetinə müsahibəsindən sonra üzə çıxıb. Müsahibə zamanı G20 toplantısında Rusiya pezidenti Vladimir Putin ilə baş tutan görüşünə dair sualları cavablandıran Tramp bu əsnada liderlərin həyat yoldaşlarıyla birgə iştirak etdiyi şam yeməyindən bəhs edib.

“Möhtəşəm bir insan olduğunu düşündüyüm Baş nazir Abenin xanımının yanında əyləşdim. Həyat yoldaşı da mükəmməl bir qadındır, lakin ingiliscə bilmir”, -deyə ABŞ prezidenti təəssüflənib. Jurnalistlərin “ingilis dilini heç bilmir?” sualına cavab olaraq, Tramp xanım Abenin ingilis dilində “salam” sözünü belə bilmədiyini qeyd edib və bir saat davam edən şam yeməyi zamanı bu oturma nizamına görə çətinlik çəkdiyini vurğulayıb.

Lakin Yaponiyada varlı bir nəslin nümayəndəsi olan Akiya Abe ingilis dilində səlis danışa bilir. Bundan əvvəl Abe ABŞ-da beyin mərkəzində keçirilən toplantıda ingilis dilində çıxış edib.

Yenicag.az

www.yenicag.az

1119
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv