“Biz bu məsələ üzərində işimizi davam etdiririk”
“Mən çıxışlarımda dəfələrlə bəyan etmişəm ki, durğunluq vəziyyətindən çıxış imkanı əldə etmək, irəliyə doğru addım atmaq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində humanitar jest nümayiş etdirmək baxımından fürsət yaranıb”.
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanlı girovların hələ də qaytarılmaması məsələsini şərh edərkən deyib.
Onun sözlərinə görə, ölkəsi bu fürsətin dəyərləndirilməsinə, istifadə edilməsinə çağırır: “Biz bu məsələ üzərində işimizi davam etdiririk”.
Uydurma “erməni soyqırımı”nın 100 illiyi münasibətilə İrəvanda keçiriləcək tədbirə ABŞ-dan kimin qatılacağı ilə bağlı suala cavabında diplomat qeyd edib ki, bu, Vaşinqtonun verəcəyi qərardır, onda bu barədə məlumat yoxdur.
Qeyd edək ki, ABŞ dövlət katibinin Viktoriya Nuland da regiona səfəri zamanı verdiyi bəyanatlarında Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsinə çağırıb.