Biznesmen məzarlıqda asılmış halda tapıldı

media-hightechnic-468x90

Kocaeli və Karamürsel bölgəsində dənizçilik sektorunun tanınmış simalarından biri olan 46 yaşlı gəmi sahibi R.O., Yalovanın Altınova qəsəbəsində yerləşən məzarlıqda asılmış vəziyyətdə ölü halda tapılıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat dərc edib.

Məlumata görə, bir müddətdir R.O.-dan xəbər ala bilməyən ailəsi və yaxınları, narahatlıq səbəbindən onu öz imkanları ilə axtarmağa başlayıblar. Axtarış zamanı R.O.-nun meyiti atasının məzarının yaxınlığında asılmış vəziyyətdə aşkarlanıb.

Əraziyə gələn təcili yardım və polis qrupları R.O.-nun həyatını itirdiyini müəyyənləşdiriblər.  Meyit müayinə üçün Yalova Təhsil və Araşdırma Xəstəxanasının morquna aparılıb.

R.O. uzun illərdir Karamürsel, Altınova və Kocaelidə dənizçilik sahəsində fəaliyyət göstərən peşəkar iş adamı imiş./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05