BMT-nin Baş Assambleyası sentyabrın 30-nu rəsmi olaraq Beynəlxalq Tərcümə Günü elan edib.
“Report”un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq qətnamə bu gün qəbul edilib.
Peşəkar tərcüməyə həsr edilmiş birinci qətnamədə bunun xalqların yaxınlaşmasında, qarşılıqlı anlaşma və əməkdaşlıqda, inkişafın təmin edilməsində, beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsində vacib rolu qeyd olunur.
Sənədin müəllifləri qismində Azərbaycan, Banqladeş, Belarus, Vyetnam, Qətər, Kosta-Rika, Kuba, Paraqvay, Türkmənistan, Türkiyə və Ekvador çıxış ediblər.
Yenicag.az