BMT-ın iclasında qalmaqal-Foto
Birləşmiş Millətlər Təşkilatının daimi mənzil qərargahında gecədən başlayan Ukrayna ilə bağlı müzakirələrdə qalmaqal yaşanıb.
İlk olaraq söz alan Rusiyanın qurumdakı daimi nümayəndəsi Vitali Çurkin rəsmi Kiyevi Krım və ölkənin şərq vilayətlərində ruslara, yəhudilərə və digər millətlərə qarşı qanun pozuntusuna yol verdiyinə görə ciddi tənqid etməyə çalışıb.
Qeyd edək ki, onun çıxışından sonra söz alan Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Fransanın nümayəndələri Çurkini ciddi tənqid edərək, onu ali qurumun prinsiplərinə hörmətlə yanaşmağa çağırıblar.
Hər üç ölkənin nümayəndəsi Ukrayna hadisələrində Rusiyanı təqsirli biliblər. Təkləndiyini görən Vitali Çurkin əsəbi şəkildə zalı tərk edib. Həmin an kamerlara düşüb(axar.az).