BMT-nin Təhlükəsizlik Şurası təcili iclas keçirəcək - Dağlıq Qarabağdakı vəziyyətlə bağlı

media-hightechnic-468x90

BMT-nin Təhlükəsizlik Şurası çərşənbə axşamı qapalı məsləhətləşmələr formatında Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili müzakirə keçirməyi planlaşdırır. 

“Çox güman ki, müzakirə çərşənbə axşamı qapalı formatda məsləhətləşmələr zamanı baş tutacaq”, – mənbədən agentliyə bildirilib.

Müzakirənin keçirilməsinə dair bir sıra Avropa ölkələri təşəbbüslə çıxış edib.

Qeyd edək ki, məsləhətləşmələrin formatı Təhlükəsizlik Şurasının 15 ölkəsindən olan diplomatların münaqişə tərəflərinin nümayəndələri olmadan iştirak etmələrini nəzərdə tutur./Apa/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa