!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT Təhlükəsizlik Şurasında DƏYİŞİKLİKLƏR – Hansı müsəlman dövləti daimi üzv ola bilər?

!Reklam – Yazi

“Əslində, BMT-nin islahatlara məruz qalması, xüsusilə də BMT Təhlükəsizlik Şurasının transformasiyası uzun müddətdir ki, müzakirə olunur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvlərinin sayının artırılması ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.

Onun fikrincə, xüsusilə bu sistem və daimi üzvlər klubu İkinci Dünya müharibəsindən sonra formalaşıb:

“Hazırkı reallıqlar isə İkinci Dünya müharibəsi ilə uyğunluq təşkil etmir. Dünyanın müxtəlif bölgələrində artan güc mərkəzləri, ayrı-ayrı bölgələrdə iqtisadi sıçrayışa nail olmuş dövlətlər mövcuddur ki, onların dünya siyasətinə təsiri göz qabağındadır.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın qeyd etdiyi kimi, dünya 5-dən böyükdür və ayrı-ayrı dövlətlərin burada nəzərə alınmalıdır. Bu məsələdə niyə Afrika qitəsindən hər hansı bir dövlət yoxdur? Niyə müsəlman aləminin sözünü çatdırmaq istəyən dövlət iştirak etmir? Niyə ayrı-ayrı bölgələrdə dominant qüvvəyə çevrilmiş, sənayesi, silah istehsalı və onun ixracı ilə, həm də vasitəçilik təşəbbüslərinin uğurlu nümunələri ilə ad çıxarmış dövlətlər burada iştirak etmir?”

Politoloqun qənaətinə görə, bu, siyasi və geopolitik konyunkturanın nəticəsidir:

“Düşünürəm ki, burada dəyişikliklər mütləqdir. Çünki ayrı-ayrı məsələlər müzakirəyə çıxarılanda biz artıq ekspert kimi proseslərin nəticəsini əvvəlcədən müəyyən edirik. BMT Təhlükəsizlik Şurası bu gün Rusiya-Ukrayna, yaxud Yaxın Şərqə genişlənən müharibənin qarşısını ala bilirmi? Bu mexanizm həyati qabiliyyətlidirmi və real nəticəni özündə əks etdirirmi? Mənə elə gəlir ki, yox.

Cənab Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında bildirib ki, burada transformasiya mütləqdir və dövlət başçısı bu istiqamətdə yol xəritəsini də müəyyən etmişdi. Çünki Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri burada iştirak edə bilər. Qısacası, ayrı-ayrı institutlar burda iştirak etməklə öz fikirlərini və haqq səslərini qaldıra bilərlər. Bunun daxilində də müxtəlif dövlətlər rotasiya şəklində iştirak etmək hüququna malik olmalıdırlar”.

İ. Hüseynov on uda diqqətə çatdırıb ki, hər bir dövlət BMT Təhlükəsizlik Şurasında öz problemlərini dilə gətirmək şansına malik olmalıdır:

“Azərbaycan da BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdi, amma həmin dövrə nəzər salanda, nə cür çətinliklə, bir neçə raund səsvermələrdən sonra ölkəmizə qarşı qərəzli mövqeləri Azərbaycan dəf edərək, burada iştirak etmiş və o dövrdə işğal altında olan torpaqlarının azadlığı uğrunda müxtəlif məsələlər qaldırmışdı. Ayrı-ayrı dövlətlər də milli davalarının dünyanın əl ali tribunasından səsləndirmək hüququna malik olmalıdırlar. Çünki hazırkı reallıqlarda böyük dövlətlər balaca dövlətlərə yol göstərir, onlar üçün öz maraqları kontekstində həll variantları təqdim edirlər. Ona görə də bu yanaşma aradan qaldırılmalıdır”.

Rafi Müslümov

COP29

www.yenicag.az

79
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv