BMT Təhlükəsizlik Şurasının təcili iclası keçirilir - Rusiyanın təşəbbüsü ilə

media-hightechnic-468x90

Rusiyanın təşəbbüsü ilə ABŞ və müttəfiqlərinin Suriyadakı addımlarını müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclası başlayıb.

Yenicag.az xəbər verir ki, iclasda ABŞ, Fransa və Britaniyanın Suriyaya raket zərbələri endirməsi müzakirə ediləcək.

Rusiya bu addımı pisləyib. Bu ölkənin dövlət başçısı Vladimir Putin ABŞ-ı və müttəfiqlərini Suriyaya beynəlxalq hüquq normalarını pozaraq hücum etməkdə ittiham edib. Vladimir Putin vurğulayıb ki, zərbələr BMT Təhlükəsizlik Şurasının sanksiyaları olmadan və Təşkilatın Nizamnaməsi pozulmaqla endirilib. O, baş verənləri terrorizmə qarşı mübarizənin ön planda olan suveren dövlətə qarşı təcavüz aktı adlandırıb.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa