BMW Х5 və Х6 modellərini geri çağırır

media-hightechnic-468x90

Almaniyanin məşhur avtomobil istehsalçısı olan BMW ötürücü mildəki nöqsanlara görə 86 mindən çox X5 və X6 modellərini Çin bazarından geri çağırır.

Yenicag.az-ın AzərTAc-a istinadən məlumatına görə, bu barədə Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyası məlumat yayıb. Geri çağırılan avtomobillər 2010-cu ilin aprelindən 2013-cü ilin aprelinədək istehsal olunan nəqliyyat vasitələridir. Onların 57371-i BMW X5, 29407-i isə X6 modelidir.

Cari il noyabrın 1-dən başlayacaq prosesdə nasaz detallar istehsalçının hesabına dəyişdiriləcək.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa