BNA-dan güclü küləklə bağlı ciddi XƏBƏRDARLIQ - FOTO

media-hightechnic-468x90

Hazırda paytaxtda müşahidə edilən və avqustun 8-dək davam edəcəyi proqnozlaşdırılan küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına diqqətli və ehtiyyatlı olmalarını tövsiyə edirik.

Yenicag.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyi (BNA) küləkli hava şəraiti ilə əlaqədar sürücü və sərnişinlərə müraciətində deyib.

“Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər.

Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər.

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib”, – müraciətdə bildirilib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600