!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Boksçumuz çempionatda dörddəbir finala yüksəldi

!Reklam – Yazi

Azərbaycanın qadın boksçusu Mehparə Məmmədova İspaniyanın Alikante şəhərində gənclər arasında keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, 48 kq-da çıxış edən idmançı 1/8 finalda monqolustanlı Saruul Batsayxanla qüvvəsini sınayıb. Döyüş Məmmədovanın 5:0 (29:27, 29:27, 29:27, 30:26, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb.

O, ilk döyüşündə bolqarıstanlı Lyuba Atanasovanı mübarizədən kənarlaşdırıb. Boksçu 1/4 finalda qazaxıstanlı Gülnaz Buribayeva ilə üz-üzə gələcək.

Ondan fərqli, Sənan Hətəmov dünya çempionatı ilə vidalaşıb. 67 kq çəkidə mübarizə aparan idmançı 1/8 finalda qazaxıstanlı Nurbek Mursalla bacarmayıb.

Qeyd edək ki, 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçunun mübarizə apardığı mundialda qaliblərin adlarına noyabrın 25-də və 26-da aydınlıq gələcək.

www.yenicag.az

433
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv