Göygöldə üzərinə dam örtüyü aşan 2 nəfər xəsarət alıb.
Yenicag.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Çaylı kəndində qeydə alınıb. Xəsarət alan hər iki şəxs öncə Göygöl Mərkəzi rayon Xəstəxanasına, sonra isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıblar.
İlkin məlumata görə, hadisə rayonda əsən güclü külək nəticəsində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
***
Mingəçevir şəhərində güclü külək nəticəsində bir neçə ağac aşıb.
Yenicag.az-ın “Report”a istinadən məlumatına görə, hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb.
Küləyin ağacları aşırması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, hadisə nəticəsində nəqliyyat vasitələrinə də zərər dəyib.
***
Ağstafa rayonunda güclü külək nəticəsində ağacları aşıb.
Yenicag.az-ın “Report”a istinadən məlumatına görə, hadisə nəticəsində 3 nəfər – 1962-ci il təvəllüdlü İ.Rzayev, 2006-cı il təvəllüdlü E.Əlibalayev və 1948-ci il təvəllüdlü T.Abbasov xəsarət alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Qərb bölgəsində qeyri-sabit hava şəraiti fəsadlar yaradıb.
Yenicag.az-ın “Report”a istinadən məlumatına görə, daha ciddi fəsadlar Qazax rayonunda qeydə alınıb. Belə ki, fırtına nəticəsində çox sayda ağaclar aşıb, dam örtükləri dağılıb.
Külək yaşı 100-dən çox olan irigövdəli ağacları da kökündən çıxararaq aşırıb. Avtomobil yollarına aşan ağaclar və düşən dam örtükləri bir müddət tıxaca səbəb olub.
Həmçinin elektrik xətləri sıradan çıxıb, bir çox ərazidə elektrik enerjisinin verilməsi dayanıb.
Yağışla müşahidə olunan güclü külək bölgənin digər rayonlarında da müşahidə olunub. Daşkəsən rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Gəncə şəhərində isə külək nəticəsində aşan irigövdəli ağaclardan biri vətəndaşlara məxsus avtomobillərin üzərinə düşüb, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Həmçinin bir neçə obyektin və evin dam örtüyü dağılıb.
Şəhərin bəzi hissələrində elektrik enerjisinin verilməsi hələ də bərpa olunmayıb.
Hazırda Gəncə şəhərində və ətraf rayonlarda külək zəifləsə də, yağışlı hava şəraiti davam edir.
www.yenicag.az