!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bölgələrdə vəziyyət daha çətindir” - Professordan Nazirliyə SƏRT TƏNQİD - VİDEO

!Reklam – Yazi

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəni mükəmməl şəkildə internetlə təmin etməlidir ki, Təhsil Nazirliyi də bundan bir vasitə kimi istifadə etsin”.

Yeni tədris ilində distant təhsilin tətbiqi istər paytaxt, istərsə də, bölgələrdə internetin təminatında problemlərə yol açır və valideynlərin haqlı narazılığına səbəb olur.

Bu da internet tariflərində güzəştlərin tətbiqi və şagirdlərin pulsuz internetlə təminatı məsələsini gündəmə gətirir.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov problemin həllində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən dəstək gözlədiklərini bildirib:

“Biz də həmişə bu məsələni qaldırırıq ki, distant təhsil alan şagirdlərə internet təminatı zamanı güzəştlər olunmalıdır. Bu, Təhsil Nazirliyinin deyil, digər rəsmi qurumların səlahiyyətində olan bir məsələdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəni mükəmməl şəkildə internetlə təmin etməlidir ki, Təhsil Nazirliyi də bundan bir vasitə kimi istifadə etsin. Nazirliyin köməyinə ehtiyac var. Həmin qurum internetin problemini – həm sürətini, həm də etibarlılığını həll etməlidir. Bölgələrdə vəziyyət daha çətindir”.

Ş.Əsgərov digər ölkələrlə də müqayisə edib:

“Elə ölkələr var ki, internet pulsuzdur. Məsələn, Estoniyada internet pulsuzdur. Su, hava, torpaq Allah tərəfindən verilib, internet də dövlət tərəfindən pulsuzdur. Bizdə də müəyyən güzəştlərə ehtiyac var”.

Cəvahir

www.yenicag.az

817
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv