Böyük Britaniyadan qeyri-adi kəşf

media-hightechnic-468x90

83771Böyük Britaniyada, Qrinviçdə ictimai nəqliyyatın yeni növünün layihəsi təqdim edilib. Bu, piyada əraziləri üçün pilotsuz avtomobilləridir.

Yenicag.az anspress-ə istinadən bildirir ki, “Lutz Pathfinder” adlı maşını Koventri şəhərində yerləşən “RDM Group” hazırlayıb və özü də istehsal edəcək.

“Autodrive” layihəsi çərçivəsində artıq bu il 40 pilotsuz maşın Milton-Kins şəhərinin piyada zonalarında hərəkət edəcək. “Lutz Pathfinder” yerli ticarət mərkəzinə gələnləri, əlilləri daşıyacaq, ya da sakinləri dəmiryolu vağzalınadək aparacaq.

Belə maşınları smartfon əlavəsinin köməyilə çağırmaq olar. İki adamlıq maşında baqaj yeri də var. Onu kompyuter idarə edir. Burada kamera, radar və lazer məsafəölçən də daxil olmaqla 22 sensor var. Batareyanın enerji ehtiyatı 65 kilometrə və ya 8 saata çatır.

Elektromobilin sürəti saatda 24 kilometrədəkdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600