Böyük Britaniyanın axtardığı Pakistan vətəndaşı Bakıda yaxalandı

media-hightechnic-468x90

Heydər Əliyev Beynəlxalq Hava Limanında Pakistan vətəndaşı saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu ölkənin vətəndaşı olan 1963-cü il təvəllüdlü Chatni Muhammad Javed Azərbaycana daxil olarkən tutulub. Onun Böyük Britaniya tərəfindən beynəlxalq axtarışa verilməsi məlum olub. Belə ki, araşdırma zamanı M.Chatninin Britaniya Cinayət Qanununun 328 və 334-cü (Çirkli pulların yuyulması) maddəsi ilə axtarışda imiş.

Saxlanılan şəxs aidiyyəti üzrə təhvil verilib.

Araşdırmalar davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa