!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Brauzerlərdəki "Incognito" rejimi təhlükəsiz deyil - XƏBƏRDARLIQ

!Reklam – Yazi

Bir çox tədqiqatçılar əmindirlər ki, brauzerdə izlənmə funksiyasının deaktiv edilməsi üçün sadəcə olaraq Incognito rejiminə keçid etmək lazımdır. Lakin məlum olub ki, saytların tərtibatçıları hətta keşin təmizlənməsi və əlavə bloklayıcı funksiyaların aktivləşdirilməsi halında da sistemin işini izləmək imkanını verən üsullar yaradıblar.

Yenicag.az “Technote”yə istinadən xəbər verir ki, yeni üsul barəsində məlumatı Çikaqodakı İllinoys Universitetinin tədqiqatçıları veriblər.

Onların sözlərinə əsasən saytlar Favicons (veb saytların və veb səhifələrin ikonları) əsasında keş funksiyasından istifadə edirlər.

Bu funksiya isə istifadəçilərin identifikasiyası və izlənməsi üçün istifadə olunur. Sözügedən özəllik Safari brauzerində aşkar edilib və istifadəçinin daxil olduğu saytların tarixçələrinin üçüncü tərəflərə görünmə imkanını yaradır. Bu hətta brauzerdə Incognito rejiminin aktiv olduğu zamanda da baş verir. Bu halda keşin təmizlənməsi və ya əlavə bloklayıcı funksiyaların aktivləşdirilməsi heç bir nəticə vermir.

Problem ondan ibarətdir ki, müasir brauzerlərin keş funksiyalarında Favicons üçün nəzərdə tutulmuş keş mövcuddur. Onu izolyasiya etmək və ya deaktivləşdirmək qeyri mümkündür. Məlumatın orda qalma müddəti isə 1 ildir.

www.yenicag.az

425
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv