!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Braziliyada iğtişaşlar — Nazirlik binaları işğal edildi

!Reklam – Yazi

Braziliyada prezident Mişel Temerə qarşı etiraz nümayişləri davam edir.

Nümayişlər zamanı nazirlik binaları işğal edilərək yandırılıb. Braziliyanın paytaxtında baş verən iğtişaşların qarşısını almaq üçün şəhərə ordu qüvvələri cəlb edilib. Nümayişlərdə bəzi nazirlik binalarının işğal edilib yandırılmasından sonra prezident Temer ordunun 31 may tarixinə qədər paytaxtda olacağını açıqlayıb.

Həmkarlar İttifaqları prezidentin sosial təhlükəsizlik islahatlarına etiraz etmək məqsədi ilə təşkil etdiyi nümayişlərdə təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib. Toqquşmalarda 7 nəfər həbs edilib, 49 nəfər isə yaralanıb.

Nümayişlərdə şiddət üzü maskalı bir qrupun hərbi polisin Milli Konqres və Prezident Sarayı yaxınlığındakı barrikadalara hücumundan sonra başlayıb. Hərbi polisin nümayişçilərə bibər qazı ilə müdaxiləsi gərginliyi daha da artırıb.

 

Yenicag.Az

COP29

www.yenicag.az

976
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv