“Qışda döyüşmək üçün əlverişli şərait olmasa da, bu, pauzanın yaranacağı anlamına gəlmir”.
Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukrayna müharibəsinin daha nə qədər davam edə biləcəyinə dair fikirləri ilə bölüşən Böyük Britaniyanın Kiyevdəki səfiri Melinda Simmons deyib.
Diplomatın fikrincə, mövcud vəziyyətdə qışın yaxınlaşması hərbi əməliyyatların tempinə təsir etməyəcək. O, bu barədə düşüncələrini özünün “Twitter” hesabında paylaşıb:
“Qışda döyüşmək üçün əlverişli şərait olmasa da, bu, pauzanın yaranacağı anlamına gəlmir. Ukrayna inamla irəliləyir və gərəkərsə, qışda döyüşmək bacarığını da göstərəcək. Onun artıq səkkiz illik təcrübəsi var”.
www.yenicag.az