Britaniya və beynəlxalq tərəfdaşlar İran rejiminə yeni sanksiyalar elan etdi

media-hightechnic-468x90

Böyük Britaniya, ABŞ və Aİ bu gün İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxil olmaqla, insan haqlarının pozulmasına görə məsul olan İran rejimi rəsmilərinə qarşı növbəti sanksiyaları elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə Britaniya XİN məlumata yayıb.

Böyük Britaniyanın ən son sanksiyaları SEPAH qüvvələrinin rəhbərliyi altında silahsız nümayişçilərə atəş açması, o cümlədən uşaqların çoxlu ölümü ilə nəticələnən və etirazçıları özbaşına saxlayıb işgəncələrə məruz qoyan dörd SEPAH komandirinə tətbiq olunub.

İran İnqilabı Keşikçiləri Korpusunun komandirlərindən Möhsün Kərimi, Əhməd Kadem, Həbib Şahsavari, Məhəmməd Nəzər Əziminin adı sanksiya tətbiq olunan şəxslər sırasındadır.

Xarici İşlər Naziri Ceyms Kleverli rejimin öz hərəkətlərinə görə cavab verməsi üçün bir sıra tədbirlər görməyə davam edəcəklərini deyib: “Böyük Britaniya və beynəlxalq tərəfdaşlarımız bu gün bir daha bəyan edirlər ki, biz rejimin amansız zülmünü nəzərdən qaçırmayacağıq”, – deyə nazir bildirib.

//apa

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa