!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Britaniyalı nazirdən acı etiraf: “Skripalı zəhərləyənlərin həbsi mümkün deyil”

!Reklam – Yazi

Sergey və Yuliya Skripalın zəhərlənməsində əli olan şübhəlilərin həbs edilməsinin çətin olduğu bildirilir.

Yenicag.az xəbər verir ki, “Times” nəşrinin məlumatına görə, bu barədə Böyük Britaniyanın daxili işlər naziri Sacid Cavidin açıqlamasında qeyd olunub.

Cavid etiraf edib ki, Skripalları zəhərləyən şəxslərin həbsi yalnız onlar Avropaya gələcəkləri halda mümkündür.

Sacid Cavid Britaniyanın ilk rəsmi şəxsidir ki, Rusiyanın Skripalı zəhərləməkdə şübhəli bilinən şəxslərin ölkə ərazisini tərk etmələrinə və onların həbsinə şərait yaranmasına imkan verməyəcəyini açıq mətnlə bildirib.

Bununla belə, Britaniyalı nazir əlavə edib ki, Skripalı zəhərləməkdə şübhəli bilinən Boşirov və Petrovun həbsinə sanksiya verilib və onlar Rusiya ərazisini tərk etsələr, saxlanılacaqlar.

O da qeyd olunur ki, Skripalın zəhərlənməsində Boşirov və Petrova Britaniya vətəndaşlarının yardım etməsi haqda iddialar öz təsdiqini tapmayıb.

COP29

www.yenicag.az

1878
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv