Bu açar istənilən qıfılı açır-Video
Bütün qıfılları aça bilən universal açarı, yəqin ki, kinolarda görmüsünüz. Lakin iki alman mühəndisi 3D printerin köməkliyi belə bir açarı hazırladıqlarını deyiblər.
“Bamp-açar” istənilən bağlı qıfılı aça bilir. “LockCon 2014” adlanacaq tədbirdə alman mühəndisləri Kristian Heller və Yos Veyer öz ixtiralarını təqdim edəcək. Açar “Photobump” proqramı vasitəsilə hazırlanır. Bunun üçün qıfılın bir şəkli yetər ki, proqram işlək açar hazırlasın.
İxtiranın məqsədi qıfılın əsl açarının yararsız olduğu təqdirdə onun nüsxəsinin çıxarılmasıdır. Oğruların bu proqram köməkliyi ilə qapıları açacağı az güman edilir. Çünki Almaniyada oğruluqların cəmi 0,2 faizi “bamp-açar” vasitəsi ilə olur.