“London Şimal dənizində neft və qaz hasilatından imtina etməyi planlaşdırmaqla çox böyük səhvə yol verir”.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.
“Britaniya çox böyük səhv edir. Şimal dənizini açın. Yel dəyirmanlarından əl çəkin!” – Amerika liderinin mesajında deyilir.
Tramp yazısına Amerikanın Apache neft hasilatı şirkətinin sahibi olan APA Korporasiyasının noyabr bəyanatına keçid əlavə edib. Bundan sonra korporasiya 2029-cu ilə qədər Şimal dənizindəki fəaliyyətini dayandıracağını açıqlayıb. O, yüksək vergilər və ekoloji qaydaların fəaliyyətini “mənfəətsiz” etdiyini qeyd edib.
Bəyanat Böyük Britaniyanın hakimiyyət orqanları tərəfindən tətbiq edilən neft və qaz hasilatçıları üçün əlavə mənfəət vergisinə aiddir.
www.yenicag.az