“Danışıqlar nəticə verməyəcək" – Politoloqdan ABŞ-İran gərginliyinə dair ANALİZ

media-hightechnic-468x90

“Sülh danışıqlarında həm İranın, həm də Amerikanın əli güclüdür.”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib.

Politoloq ABŞ-İran danışıqlarının pərdəarxası məqamlarını analiz edib:

“İlk növbədə onu bildirim ki, Tramp bütün karyerası boyunca həmişə təzyiq gücünü əlində saxlamağa çalışır. Baxmayaraq ki, İranla danışıqlar masasına oturmağa cəhd edir, amma bir tərəfdən də İrana qarşı olan təzyiqləri buraxmır. Hazırda Tramp həm İranın regiondakı hazırkı gücünün təsirinə bələddir və bir çox məqamlarda bu reallıq Amerikanı narahat edir. İranın regiondakı gücü, proksi qüvvələr tərəfindən İrana olan dəstək və İsrailin təhlükəsizlik məsələsi ön plana çəkilir. İndiki və öncəki danışıqlar prosesində şahid olduq ki, İsrailin təhdidi ilə ABŞ masadan qalxdı və əks mövqe nümayiş etdirərək İranla anlaşmayacağını bildirdi. Hazırda da biz bunu hiss edə bilirik. Ona görə ki, İsrailin ABŞ üzərindəki təzyiqi hiss edilən dərəcədədir. Hər kəsə aydındır ki, sülh sazişinin maddələri açıqlanmadan öncə Netanyahu Trampdan maddələrə baxmaq üçün istəmişdi, amma Tramp buna razı olmamışdı. Bu o deməkdir ki, İsrail hazırda bütün gücünü işə salaraq arxa planda Amerikaya təzyiqlərini davam etdirir. Tramp da öz növbəsində danışıqlar masasında İranın əlinin daha güclü görünməməsi üçün təzyiq göstərib, Livandakı bütün qruplaşmaların tamamilə ləğv edilməsi tələbini irəli sürür.”

“Hər bir halda danışıqlar masasında İranın əlinin güclü olduğunun şahidi oluruq. İran da öz istədiklərini almağa cəhd edir və hazırda güc balansı Amerika ilə eynidir. Sırf bu səbəblərə görə və İsrailin İran qorxusu ön plana çıxdığı üçün danışıqlar heç bir nəticə vermir. Böyük ehtimalla bir müddət belə də davam edəcək.”

R. Məmmədova bütün bunların Trampın fikrinin tamamilə dəyişməsi sayıla bilməyəcəyini qeyd edib:

“Hər bir halda bütün sadaladıqlarım Trampın fikrinin dəyişməsi anlamına gəlməməlidir. Tramp həm dünya iqtisadiyyatını normallaşdırmaq, həm də Hörmüz boğazını açdırmaq niyyətindədir. Boğazdan keçən gəmilərə loqistika xidmətinin təşkili və digər məsələlər çox vacibdir. Digər tərəfdən isə, bir çox ölkələrdəki məhsul qıtlığının olması da sülh prosesinə böyük təsir göstərir. Düşünürəm ki, Tramp danışıqlardan geri çəkilmək fikrində deyil, sadəcə olaraq İrandan istədiyini almaq üçün və İsrailin maraqlarını qorumaq üçün İrana təzyiqlərini davam etdirir.”

Politoloq sonda qeyd edib ki, danışıqlar prosesi bir müddət davam edəcək və Pakistan tərəfindən tənzimlənəcək.

Nurlan Cəfəri

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05