Bu ərazilərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

media-hightechnic-468x90

Sabirabad rayonu, Surra-Padar avtomobil yolunun 1-ci km-də yerləşən avtomobil körpüsündə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq 8 fevral tarixindən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Yenicag.az-a Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq. Bu müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətinin təmin olunması məqsədi ilə müvəqqəti alternativ keçid yol salınıb.

Qurum yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa