İnsanlar qızıl-zinət əşyaları kimi, elektronika cihazlarını da lombarda girov olaraq verib əvəzində pul götürürlər. Şəxsi mobil telefon və digər cihazları lombarda qoymaq son vaxtlar geniş yayılan bir tendensiyaya çevrilib.
Bununla da bir başqa məsələ gündəmə gəlir: Özəl informasiyalarımızı özündə ehtiva edən cihazları lombarda yerləşdirmək təhlükəsizliyimizi nə qədər riskə atır?
İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, İKT üzrə ekspert Bəhruz Əliyev bu barədə “Yeni Sabah”a bəzi məqamları açıqlayıb: vakansiyalar
“Zaman keçdikə İT avadanlıqlarına olan ehtiyac və tələbat çoxalmaqdadır. Bir çox şəxslər işlərini daha rahat görmək üçün bahalı İT avadanlıqları alır. Bir müddət sonra krediti ödəyə bilmədiyi üçün məhsulun geri alınması baş verə biləcəyi kimi, bəzi şəxslər isə öz bahalı İT avadanlığını lombarda pul götürmək üçün, girov qoya bilirlər. Təbii ki, bu yanaşma şəxsi məlumatların təhlükəsizliyi cəhətdən doğru deyil”.
Ekspert şəxsi məlumatlarımızı daşıyan cihazları format olunsa belə, heç kəsə əmanət etməmək lazım olduğunu vurğulayıb:
“Unutmamaq lazımdır ki, şəxsi telefon və komputerlərimiz bu gün “Diş fırçası” qədər gigiyenikdir. İT avadanlıqlarımızda şəxsi məlumatlarımız olduğuna görə onları qorumalıyıq. Heç bir kəsə verməməliyik. Necə ki, diş fırçamızı istifadə edilməsi üçün, başqa şəxsə vermədiyimiz kimi. Şəxsi informasiya gigyeniyamıza da xüsusi diqqət etməliyik. Bəzən düşünülə bilər ki, telefonu və ya kompüteri format edərək, kiməsə vermək olar. Bu əsla doğru deyil. Silinən və ya formatlanan avadanlıq olsa belə, onda olan və bu günə qədər yaddaşa yazılmış bütün məlumatları texniki olaraq, əldə etmək mümkündür. Kiməsə təhvil verilən komputerin yaddaş avadanlığını çıxarıb, özünüzdə saxlamaq mümkün olsa da, bu telefonlarda demək olar ki, mümkün deyil”.
www.yenicag.az