Bu fənlər üzrə imtahan nəticələri AÇIQLANDI

media-hightechnic-468x90

İbtidai sinif, fizika, informatika və riyaziyyat fənləri üzrə imtahan nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, 5-12 iyul tarixlərində keçirilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri açıqlanıb. İbtidai sinif, fizika, informatika və riyaziyyat fənləri üzrə daxil olan apellyasiya müraciətlərinə baxıldıqdan sonra müvafiq nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müsabiqənin növbəti – vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, hazırda müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir. İndiyədək imtahanlarda müxtəlif fənlər üzrə 20 000-dən çox namizəd iştirak edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600