!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bu futbolçuların kariyerası bitdi - SƏBƏB?

!Reklam – Yazi

Gürcüstan Futbol Federasiyasının İntizam və futbol mübahisələri üzrə komissiyasının iclası keçirilib.

Yenicag.az xəbər verir ki, Federasiyanın iclasında saxtalaşdırılmış oyunlara görə saxlanılan futbolçuların məsələsinə baxılıb.

Toplantıda həmin futbolçulardan 5-nin idman fəaliyyətini qadağan edən  sanksiya qoyulub. “WIT Georgia” klubunun üzvü olan futbolçular arasında vaxtilə Azərbaycanın “Turan” komandasından çıxış etmiş Nikoloz Maisuradze də var.

Komissiyanın qərarı ilə “WIT Georgia”  liqadakı 6 xalını itirib və klub 18 min dollar məbləğində cərimə olunub.

Xatırladaq ki, mayın 20-də Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti futbol oyunlarının nəticəsinin manipulyasiyasında şübhəli bilinən 11 nəfəri saxlayıb. Mayın 22-də keçirilmiş məhkəmənin qərarı ilə onların 4-ü həbs olunub, 7-si isə  10 min lari məbləğində cərimə edilib. N.Maisuradze də cərimələnən futbolçular arasında yer alıb.

www.yenicag.az

1489
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv